İran İraqla vizanı ləğv edə bilər


Dünya 17 Yan 2019 21:21:00 441 0

İran İraqla vizanı ləğv edə bilər

İraq tərəfi razılıq verərsə, İran və İraq arasında iş adamlarının vizası qarşılıqlı şəkildə ləğv edilə bilər.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın İraqın Kərbəla şəhərindəki konsulluğunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 5 il öncə iki ölkə arasında viza rejiminin tam və qarşılıqlı şəkildə ləğv edilməsi İraqa təklif olunmuşdu. Lakin İraq tərəfi hələlik bununla razılaşmayıb.