Yeni vahimə: ABŞ Rusiya və Çinə qarşı nüvə silahından istifadə etmək niyyətindədir


Dünya 17 Yan 2019 20:01:00 401 0

Yeni vahimə: ABŞ Rusiya və Çinə qarşı nüvə silahından istifadə etmək niyyətindədir

Amerika Birləşmiş Ştatları Rusiya və Çinin qarşısını almaq üçün nüvə silahını əsas alət kimi dəyərləndirməyə davam edəcək.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tramp Administrasiyasının bir nümayəndəsinin dediyinə görə, Birləşmiş Ştatlar Rusiya və Çindən gözlənilən "potensial nüvə təhdidlərinin" qarşını almaq üçün nüvə silahına etibar edəcək: "ABŞ prezidenti Donald Tramp hər iki ölkə ilə yaxşı əlaqələr qurmağa ümid edir. Bizim raket hücumundan müdafiə sistemlərimizin imkanları mümkün aqresiyanın qarşısını almağa çatır".

Qeyd edək ki, ötən illin sonlarında ABŞ Rusiyanın hipersəs silahı qarşısında aciz olduğunu etiraf etmişdi. Belə ki, ötən ilin noyabrında Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanmışdı.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.