Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub


Digərləri 17 Yan 2019 19:39:00 389 0

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.

Son.az "report"a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.