Şirvanda evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb


Digərləri 17 Yan 2019 18:47:03 347 0

Şirvanda evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb

Şirvanda evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb

Bakı. Şirvanda evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, ötən il dekabrın 16-da Şirvan şəhər sakini bir qadın “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1307 manat olan qızıl-zinət və məişət əşyalarının oğurlandığı barədə məlumat verib. Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyəti üzrə Şirvan Şəhər Polis Şöbəsinə göndərilib.