Bu ilin sonunadək Azərbaycan alimlərinin ikinci qurultayı keçiriləcək


Digərləri 17 Yan 2019 18:09:00 524 0

Bu ilin sonunadək Azərbaycan alimlərinin ikinci qurultayı keçiriləcək

Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.

A.Əlizadə bildirib ki, Azərbaycan elminin bugünkü innovativ vəziyyətinin müzakirəsinə həsr olunacaq qurultayda innovativ elmin inkişafı məsələlərindən, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlardan danışılacaq. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək.