Moskvada sərnişinə atəş açan erməni sürücü tutulub


Digərləri 17 Yan 2019 17:35:00 319 0

Moskvada sərnişinə atəş açan erməni sürücü tutulub

Moskvada erməni taksi sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb.

Bakı. Rusiyanın paytaxtı Moskvada erməni taksi sürücüsü sərnişinə atəş açıb. Trend-in məlumatına görə, hadisəyə səbəb Krılatskoye rayonunda gənc cütlüyün əvvəlcə sürücü ilə qiyməti razılaşdırması, lakin sürücünün sonradan daha yüksək məbləğ istəməsi olub. Tərəflər arasında mübahisə yaransa da, taksi sürücüsü avtomobilinə əyləşərək gedib, lakin bir az getməmiş sərnişinlərin yanına qayıdıb. Avtomobildən düşən erməni qəflətən oğlana travmatik silahdan atəş açıb. Amma hədəfdən yayındığı üçün xəsarət alan olmayıb.