Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib


Digərləri 17 Yan 2019 15:35:13 457 0

Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildə Fond həssas qruplardan olan şəxsləri sanator-kurort müəssisələrinə 6 148 və istirahət mərkəzlərinə 1 409 göndərişlə təmin edib.