Adi məktəbin adi şagirdləri ölkəni


Digərləri 17 Yan 2019 15:03:00 515 1

Adi məktəbin adi şagirdləri ölkəni

Britaniyanın təhsil sistemi nüfuzlu və bahalı kollecləri, universitetləri ilə dünyaca məşhurdur. Lakin bu "qrand"lara meydan oxuyan məktəb var. Adi, hətta adidən adi bir məktəb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, həmin məktəb Londonun yoxsullar yaşayan İst-Hem səmtində, Bremptondakı "Brampton Manor Academy"dir.

Bu il məktəbin 41 məzunu imtahanları müvəffəqiyyətlə verərək Oksford və Kembric kimi dünyaca məşhur universitetlərdə pulsuz təhsil almaq hüququ əldə ediblər.

Həmin məzunların istisnasız olaraq hamısı etnik azlıqların mənsubları, kasıb ailələrin övladlarıdır. Üstəlik, 41 nəfərin 75 faizi ailələrində ali təhsil alacaq ilk şəxslər olacaqlar.


Xəbərə aid fotolar