Mənbic partlayışında neçə amerikalı hərbçi ölüb? VİDEO FOTO


Dünya 17 Yan 2019 13:32:00 431 0

Mənbic partlayışında neçə amerikalı hərbçi ölüb?   VİDEO  FOTO

Suriyanın Mənic şəhərində törədilmiş terror partlayışının videosu yayılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, partlayışda 2 amerikalı hərbçi və 2 suriyalı mülki şəxs həlak olub.

İnformasiya agentlikləri isə ABŞ hərbçilərinin olduğu restoranın qarşısında "canlı bomba"nın özünü partlatması nəticəsində 4 amerikalının həlak olduğunu bildiriblər.

Partlayışda 4 amerikalı hərbçinin həlak olması və 3 hərbçinin də yaralanmasını amerikalı generallar da adlarının çəkilməməsi şərti ilə təsdiqləyirlər.

Terakta görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, partlayışda ABŞ-ın 5 hərbçisi həlak olub. Yaralıların sayı isə 27 nəfərdir.


Xəbərə aid fotolar