Bakıdakı külək təhlükəli həddədir?


Digərləri 17 Yan 2019 12:56:00 350 0

Bakıdakı külək təhlükəli həddədir?

Küləyin maksimal sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hər üç ildən bir Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

"Bir gün ərzində küləyin maksimal sürəti saniyədə 10-12 metr olur. Daha sonra külək şiddətlənir və 15 dəqiqə ərzində sürəti saniyədə 25 metrə qalxır. Bu, təhlükə sayılır. Amma bu halın olması Bakı üçün gözlənilməz hal deyil".