"Azərişıq": Ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb


Digərləri 17 Yan 2019 12:41:00 435 0

"Azərişıq": Ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, "Azərişıq" əməkdaşları əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb: "Paytaxtda və ölkə ərazisində bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.