Şirvanda oğurluq edənlər bir ay sonra tutuldular


Digərləri 17 Yan 2019 12:28:00 703 0

Şirvanda oğurluq edənlər bir ay sonra tutuldular

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Son.az-a verilən məlumata görə, ötən il dekabrın 16-da Şirvan şəhər sakini bir qadın "102 Zəng Mərkəzi" Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1307 manat olan qızıl-zinət və məişət əşyalarının oğurlandığı barədə məlumat verib. Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şirvan Şəhər Polis Şöbəsinə göndərilib.

Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Yevgeni Vatolin  və  Hacıqabul rayon sakini Rəşad Ağamaliyev saxlanılıblar.


Xəbərə aid foto