Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır


Digərləri 17 Yan 2019 11:50:00 649 0

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib: “Bu layihənin plenar sessiyaya çıxarılmasının vaxtıdır. Son illərdə Azərbaycanda muğam sənətinə çox böyük diqqət göstərilir”.