2 yaşlı qız avtomobildən düşdü,


Dünya 17 Yan 2019 11:47:00 384 0

2 yaşlı qız avtomobildən düşdü,

ABŞ-ın Minnesota əyalətində iki yaşlı qız hərəkətdə olan avtomobildən yola düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, Chad Cheddar Mock adlı sürücü avtomobilinin kamerasına düşən görüntünü sosial şəbəkədə paylaşıb. Görüntülərdə hərəkətdə olan maşından uşağın oturacaqla bərabər yola düşdüyü görülür.

Arxasınca sürücü avtomobildən düşür, nəqliyyatın hərəkətini dayandıraraq uşağı yoldan götürür.

İşin təəccüblü tərəfi isə anasının baş verənlərdən xəbərsiz olması və yoluna davam etməsidir. Hadisə yerinə gələn polis uşağın kresloya möhkəm bağlanıldığını, ancaq kreslonun avtomobilin oturacağına yaxşı bərkidilmədiyini söyləyib.