Vəzifəsi artan Zaur efirdə olduğunu unutdu


Digərləri 17 Yan 2019 10:51:00 655 0

Vəzifəsi artan Zaur efirdə olduğunu unutdu

Aparıcı Zaur Kamal "5/5"in canlı yayımında növbəti qalmaqallı hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Son.az xəbər verir ki, aparıcı verilişində qonaq olan rəqqasə Renkanın piton ilanını götürərək operatora hücum edib. Çəkilişi unudan telekanal əməkdaşı qorxusundan qaçmağa məcbur olub. Onun "Bəsdir, Zaur" ifadəsi aparıcını inadından döndərməyib. Operator "İyrənirəm" dedikdən sonra aparıcı ondan əl çəkib.

Zaur bununla da kifayətlənməyib. O, bu dəfə saz ifaçısı Aqşini hədəf alıb. Musiqiçi Zaurun ilanla onun üzərinə gəldiyini görüncə studiyadan saz qarışıq qaçıb.


Xəbərə aid fotolar