"İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək


Digərləri 17 Yan 2019 08:43:00 622 0

"İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək

Yanvarın 18-də saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub. Çıxışlardan sonra tədbir iştirakçıları muzeydə mühafizə olunan rəsm əsərlərindən ibarət kiçik sərgi ilə yanaşı, tədbir ərzində Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin tələbələri tərəfindən çəkilmiş rəsmlərlə də tanış ola biləcəklər.