Apple AirPower satılacaq


Digərləri 17 Yan 2019 08:11:00 677 0

Apple AirPower satılacaq

Görünür, Apple şirkəti bu il sonunda AirPower adlı naqilsiz şarj stansiyasını satışa çıxardacaq. Belə ki, bir sıra insayderlərin verdikləri məlumata əsasən şirkət artıq naqilsiz şarj stansiyasının istehsalına start verib. Bu barədə Macrumors saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bu naqilsiz şarj stansiyası bir neçə cihazın enerji yığması üçün nəzərdə tutulub. Şirkət onu hələ 2017-ci ildə iPhone 8, iPhone 8 Plus və iPhone X-in təqdimatı ilə bir yerdə anons etmişdi və bildirmişdi ki, naqilsiz şarj stansiyası artıq 2018-ci ildə satışa çıxacaq.

Son.az technote.az-a istinadən bildirir ki, bir çoxlarının gözləntilərinə baxmayaraq 2018-ci ildə AirPower satışa çıxmadı. Hətta keçən ilin sentyabr ayında iPhone XS, iPhone XS Max və iPhone XR smartfon modellərinin təqdimatı zamanı şirkət sözügedən şarj stansiyası barəsində heç bir məlumat vermədi. Buna baxmayaraq AirPower-ın adı 2018-ci ildə təqdim edilmiş iPhone modellərinin istifadə təlimatı kağızlarında qeyd olunub. Məşhur analitik Ming-Chi Kuo hələ keçən il proqnoz vermişdi ki, şirkət naqilsiz şarj stansiyasını artıq 2019-cu ilin əvvəlində satışa çıxardacaq.