Uşaqlıqdan kənar hamiləlik nədir? 1000 qadından 20də rast gəlinir, risk qrupuna daxil olanlar


Digərləri 16 Yan 2019 23:59:00 731 0

Uşaqlıqdan kənar hamiləlik nədir?  1000 qadından 20də rast gəlinir, risk qrupuna daxil olanlar

Mayalanmış döl yumurtasının uşaqlıq boşluğundan kənar implantasiyası, yəni yerləşməsi uşaqlıqdan kənar hamiləlik adlanır. 98% hallarda, uşaqlıqdan kənar hamiləlik boruda aşkarlanır. 

Son.az medicina.az-a istinadən bildirir ki, uşaqlıqdan kənar hamiləlik patologiyası təxminən hər 1000 hamilədən 20-də qeydə alınır. Ən çox yay və qış aylarında müşahidə edilir. 

Hətta tam sağlam qadında bu patologiyanın inkişafı mümkündür.

Uşaqlıqdan kənar hamiləlik bir çox hallarda qadının həyatı üçün təhlükə yaradır. Belə ki, dölün boruda inkişaf edərək böyüməsi nəticəsində borunun partlaması və qanaxma, hətta şok yarana bilər. Buna görə də rüşeymin inkişafını izləmək, onun uşaqlığa düşməsini qəqiqləşdirmək üçün mütləq ginekoloqa müayinə olunmaq lazımdır. 

Bəzi qadınlarda uşaqlıqdan kənar hamiləliyin riski digər qadınlarla müqayisədə daha yüksəkdir. 

Bu qadınların arasında:

- hormonal pozulmaları olan qadınlar, - cinsiyyət sistemi iltihabları olan qadınlar (xüsusilə boru iltihabları), - kiçik çanaq orqanlarında cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (o cümlədən, appendiksin xaric olunması), - süni abortlar keçirmiş qadınlar, - uşaqlıqdaxili kontraseptiv vasitələrdən ("spiral") istifadə edən qadınlar, - borularda cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (bağlı boruların "açılması" və s.), - endometriozu olan qadınlar, - süni mayalanma nəticəsində hamilə qalmış qadınlar.

Nəzərinizə çatdıraq ki, uşaqlıqdan kənar hamiləliyin riski yaşlı qadınlarda (35 yaşdan sonra) cavanlarla müqayisədə daha çox olur.