3 otaqlı ev yanıb


Digərləri 16 Yan 2019 23:40:00 625 0

3 otaqlı ev yanıb

Bakı şəhərinin Nərimanov rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin mətbəxində 9 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.