Həm təmizlik, həm də sağlamlıq vasitəsi


Digərləri 16 Yan 2019 23:45:00 415 0

Həm təmizlik, həm də sağlamlıq vasitəsi

Vaxtilə evdar qadınlar üzərinə 72 faiz yazılmış məişət sabunundan yalnız paltar yumaq üçün istifadə etmirdilər. Yaşlı sakinlər indi də onun müxtəlif sahələrdə tətbiq edildiyini yaxşı xatırlayırlar. Ondan həm təbii müalicə vasitəsi kimi də istifadə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gur, uzun və sıx saçlara sahib olmaq və yaxud da kəpəkdən xilas olmaq üçün məişət sabunundan təsirli vasitə tapmaq qeyri-mümkündür.

Şampundan istifadə ediləndən sonra saç həmin sabunla yuyulur və 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalanması yağlı saçı olanlar üçün düşərlidir.

Depilyasiyadan sonra dəridə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə məişət sabunu sürtülür.

Həftədə iki dəfə məişət sabunla yuyunmaq dərinin cavan qalmasına kömək edir və yuyunandan sonra üzə uşaq kremi çəkilir.

Həmin sabundan hazırlanmış suya kisə batırıb sürtülməsi buxarda yumşalmış bədəndə məsamələrə dolmuş çirki tamamilə təmizləyir.

Soyuqdəymənin ilk əlamətləri hiss edilən kimi azca sabun əridilərək suya qatılır, pambıqdan düzəldilmiş tampona batırılaraq burun dəliklərinə yerləşdirilir. Həmin vasitə ilə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə almaq olur.