Yaponların üçdəbirindən çoxu Kuril adalarından dördünün də qaytarılmasını təkid edir


Dünya 16 Yan 2019 23:39:00 436 0

Yaponların üçdəbirindən çoxu Kuril adalarından dördünün də qaytarılmasını təkid edir

Yaponların üçdəbirindən çoxu hesab edir ki, hökumət Rusiyadan Cənubi Kurilə daxil olan dörd adanın eyni vaxtda qaytarılmasına nail olmağa çalışmalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NHK telekanalı keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 38 faizi Kunaşir, İturup, Şikotan və Habomai adalarının daxil olduğu "şimal əraziləri"nin eyni vaxtda qaytarılmasının daha düzgün olduğunu bildirib. Bununla yanaşı, rəyi soruşulanların 38 faizi adaların hamısının mərhələlərlə qaytarılmasına tərəfdar olduğunu bildirib. Respondentlərin yalnız 10 faizi iki adanın qaytarılması ilə məsələnin həllinin mümkünlüyünə razılığını bildirib.