Pilot təyyarəyə pəncərədən minib VİDEO


Digərləri 16 Yan 2019 23:12:00 563 0

Pilot təyyarəyə pəncərədən minib  VİDEO

Londonun Hitrou hava limanında "British Airways" aviaşirkətinin pilotu təyyarənin kabinəsinə pəncərədən daxil olub və ehtimal ki, açarı evdə unudub.

Son.az report-a istinadən bildirir ki, "The Sun" nəşrinin məlumatına görə, videokadrları sosial şəbəkəyə Conni adlı pilot yerləşdirib və altından yazıb:

"İşə gecikəndə açarları evdə unutduğun an..."

Sosial şəbəkə istifadəçiləri pilotun hərəkətindən təəccübləniblər. Onlardan biri yazıb ki, kommersiya tipli təyyarələrdə qapılar açarla bağlanmır.