Dmitri Peskov: "Bu, mənim heç xoşuma gəlmir"


Dünya 16 Yan 2019 22:35:00 475 0

Dmitri Peskov: "Bu, mənim heç xoşuma gəlmir"

Cəmiyyətdə başqasının dediklərinə tolerant yanaşma yoxdur. Bəzən insan düşünülməmiş bir sözə görə təqiblərə məruz qalır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumentı i faktı" nəşrinə müsahibəsində bildirib.

D.Peskov insanları vecinə almayan məmurları tənqid etməyin vacibliyini qeyd edib. "Bizdə elə insanlar var ki, ölkə üçün çox işlər görürlər, ancaq öz fikirlərini ifadə etməyi bacarmırlar. Cəmiyyətdə isə başqasının dediklərinə tolerant yanaşma yoxdur. Bəzən bir düşünülməmiş söz təqiblərə səbəb olur. Bu, mənim heç xoşuma gəlmir. Elə məmurlar var ki, insanları veclərinə almırlar. Onları tənqid etmək lazımdır. Lakin bizdə yaxşılar da, pislər də ictimai qınağa məruz qalır", - deyə Kremlin sözçüsü bildirib.

Mətbuat katibi deyib: "Bizim ölkədə, ümumiyyətlə, məmurlara böhtan atmaq adəti var. Bəzən deyirlər ki, guya bütün məmurlar oğru, pozğun və sairdirlər. Məsələn, mən hələ Sovet İttifaqı illərindən məmur işləyirəm. 1990-cı illərdə birtəhər dolanmaq üçün Türkiyədən maşın gətirib satırdım. Yük maşınlarının sürücüləri ilə iki gün yollarda olurdum. O zaman yollarda banditlər dayanırdı, Bryansk meşələrində silahlı adamlar gizlənirdilər. Mən bütün bunlardan keçmişəm..."