"Tahir Kərimlinin ayların adını dəyişmək təklifi milli maraqlara uyğundur" Millət vəkili


Digərləri 16 Yan 2019 21:29:00 712 0

"Tahir Kərimlinin ayların adını dəyişmək təklifi milli maraqlara uyğundur"  Millət vəkili

Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev millət vəkili həmkarı Tahir Kərimlinin təqvim aylarına yeni adların verilməsi barədə təklifini dəstəkləyib.

Son.az xəbər verir ki, F.Quliyev "ölkə.az"a açıqlamasında bildirib ki, Tahir Kərimlinin təklifi milli maraqlara uyğundur:

"Tahir Kərimli mənim dostum və keçmiş hərəkat yoldaşımdır. Tahir bəyin fikirlərinə hörmətlə yanaşıram. Onun ayların adının dəyişdirilməsi barədə təklifilə bağlı da fikir bildirmək istəmirəm. Tahir bəy millətçi və dövlətinə bağlı olan adamdır. Onun bütün fəaliyyətində və davranışında əsas istiqamət millətə xidmət olub". 

Deputat milli sözlərdən istifadə edilməsinə tərəfdar olduğunu söyləyib:

"Bütün hallarda mən də davranışlarda milli sözlərdən istifadə edilməsinin tərəfdarıyam. Bizim türk sözlərimiz var. Hesab edirəm ki, türk sözlərindən istifadə edilməlidir. Daha öz lüğətimizdə olan sözləri kənara qoyub başqa sözlərdən istifadə etməli deyilik. Ayların da adlarının dəyişdirilməsi üçün imkanlar varsa, bundan yararlanmaq normal olardı. Yəni, bütün məsələlərdə milli maraqlar öndə olmalıdır. Biz bu ənənəviliyi və mühafizəkarlığı qorumasaq, təbii ki, əlimizdə olan resursları itirmiş olarıq. Hesab edirəm ki, Tahir bəyin də bu təklifi normal yanaşmadır. İndi burada Tahir Kərimli nə yaltaqlanmalı söz deyir? Yaltaqlanmaq odur ki, kimisə bayağı tərif edirsən, yaltaqlanırsan və sairə. Amma Tahir bəy deyir ki, millətimizin adını uca tutaq, mühafizakar davranaq. Bunun nəyi pisdir? Bu normal bir davranışdır. Əslində, belə şeylərdən imtina etmək milli maraqlardan imtina etmək kimi bir haldır. Bu baxımdan Tahir bəyin davranışı çox doğru hərəkətdir".

Xatırladaq ki, Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli təqvim aylarına milli adların verilməsi təklifilə çıxış edib.

Tahir Kərimli "modern.az"a bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib: