Dərman qəbulunun yeni üsulu icad edildi


Dünya 16 Yan 2019 19:04:00 416 0

Dərman qəbulunun yeni üsulu icad edildi

Rusiya və Avstraliya alimləri yapışqanlı bint (plastır) vasitəsilə dərman qəbulu üsulunu icad ediblər.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə layihə iştirakçılarından biri, Qriffits Universitetinin Təbiət elmləri kafedrasının müdiri, Seçenov Universitetinin Molekul Təbabəti İnstitutunun aparıcı elmi işçisi Yuri Anisimov məlumat verib.

Onun sözlərinə görə, yeni üsul dərmanın dəri səthinə yerləşdirilən yapışqanlı bintdə 0,5 millimetr uzunluğunda xüsusi mikro iynələr vasitəsilə tədricən, müəyyən vaxt ərzində orqanizmə yeridilməsindən ibarətdir.