Azərbaycandan keçəcək siklonla bağlı


Digərləri 16 Yan 2019 18:11:00 606 0

Azərbaycandan keçəcək siklonla bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.

Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə  aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı,  sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın  17-dən 18-ə keçən gecə  respublikanın rayonlarında yolların buz bağlama  ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Xatırladaq ki, artıq digər rəsmi qurumlar hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.

Bəs sonuncu dəfə ölkə ərazisində belə güclü küləkli hava şəraiti nə vaxt müşahidə olunub?