Azərbaycanın iki kəndindən Rusiya vətəndaşlarının Dağıstana köçürülməsi başa çatdı


Digərləri 16 Yan 2019 17:57:00 622 0

Azərbaycanın iki kəndindən Rusiya vətəndaşlarının Dağıstana köçürülməsi başa çatdı

Azərbaycanın Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan 350-yə yaxın Rusiya vətəndaşının Dağıstana köçürülməsi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib.

Qeyd edək ki, dövlət sərhədi ilə bağlı Rusiya ilə Azərbaycan arasında 2010-cu ildə imzalanmış saziş nəticəsində Xaçmaz rayonunun ərazisində yerləşən Dağıstanın iki kəndi Azərbaycana təhvil verilib.