Deputat: "Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır"


Digərləri 16 Yan 2019 17:17:00 682 0

Deputat: "Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır"

"Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır".

Son.az xəbər verir ki, bunu Trend-ə yanvarın 16-da "SOCAR karbamid" zavodunun açılışını şərh edən millət vəkili Tahir Mikişili deyib.

T.Mirkişili qeyd edib ki, zavodda illik təxminən 650 min ton karbamid gübrəsinin istehsalı nəzərdə tutulur. İstehsal olunan məhsulun illk dəyəri təxminən 210 milon ABŞ dolları olacaq: "Məhsulun təxminən 30%-nin daxili tələbatı tam ödəməsi və qalan 70%-nin "Made in Azerbaijan" brendi altında Türkiyəyə və dünya bazarlarına ixrac olunması planlaşdırılır".