Ayaq izləri aşkar edildi Sərhəddi keçmək istəyən


Digərləri 16 Yan 2019 16:46:00 698 0

Ayaq izləri aşkar edildi  Sərhəddi keçmək istəyən

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə Son.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib. 

Ötən gecə saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində Azərbaycandan İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. 

Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərə­findən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapa­dılmış və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İs­lam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dər­hal məlumatlandırılıb, İİR sərhəd mü­ha­fizə orqanları tərəfindən hə­min istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.


Xəbərə aid fotolar