Sürücülərə müraciət edildi:


Digərləri 16 Yan 2019 15:51:00 613 0

Sürücülərə müraciət edildi:

"Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: "Hava şəraitindən aslı olaraq yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır".