Rianna atasını məhkəməyə verdi:


Digərləri 16 Yan 2019 14:46:00 653 0

Rianna atasını məhkəməyə verdi:

Dünyanın ən məşhur müğənnilərindən olan Rianna atasını məhkəməyə verib. O, özünün "Fenty" brendindən atasının milyonlarla dollar gəlir əldə etmək üçün sui-istifadə etdiyini vurğulayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, əsl ad və soyadı Robin Rianna Fenti olan 30 yaşlı müğənninin məhkəməyə yolladığı iddianaməyə görə, atası Ronald Fenti "Fenty Entertainment" prodüser şirkətini yaradıb, bu minvalla qızının adından gəlir əldə etmək üçün çalışıb.

"Fenty Beauty" və "Savage x Fenty" moda brendlərini yartamış Riannanın sözlərinə görə, onun adından istifadə edib bizneslə məşğul olmamasını atasından bir neçə dəfə xahiş etsə də, Ronald Fenti qızını dinləməyib.

"Fenty Entertainment" gəlir əldə etmək üçün "Rianna ilə bağlı olduğunu" bu yaxınlaradək bəyan edirdi.

Ronald Fenti otellər şəbəkəsi üçün "Fenty" ticari nişanını da qeydiyyatdan keçirib. Halbuki Rianna analoji adımı çox əvvəl atıb.


Xəbərə aid fotolar