Azərbaycana aksiz markası olmayan 28 ədəd spirtli içki keçirilməsinin qarşısı alınıb


Digərləri 16 Yan 2019 13:51:00 507 0

Azərbaycana aksiz markası olmayan 28 ədəd spirtli içki keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.