İcra başçısı: “Elə bələdiyyələr var ki, binasının qapısını hörümçək toru bağlayıb”


Digərləri 16 Yan 2019 12:57:00 421 0

İcra başçısı: “Elə bələdiyyələr var ki, binasının qapısını hörümçək toru bağlayıb”

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bəzi bələdiyyələrin fəaliyyətini tənqid edib.

Son.az report-a istinadən xəbər verir ki, o, bələdiyyə sədrlərini fəaliyyətsizlikdə ittiham edib.

"Elə bələdiyyələr var ki, işçilərinin əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb", - İ.Mustafayev vurğulayıb.

İcra başçısı əlilliyə görə pensiya alanlarla da bağlı narahatlığını ifadə edib: "Necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq".