Ötən il Azərbaycanın ixracı 18 milyard dollardan çox olub


Digərləri 16 Yan 2019 10:02:00 451 0

Ötən il Azərbaycanın ixracı 18 milyard dollardan çox olub

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub. Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 224,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyard 928,5 milyon dollar, idxalın dəyəri 10 milyard 295,5 milyon dollar təşkil edib, nəticədə 8 milyard 633,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,6 faiz, o cümlədən ixrac 35,9 faiz, idxal 32,1 faiz artıb. Real ifadədə isə dövriyyə 1,1 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,2 faiz artıb.