Macarıstan məktəblərində enerjiyə qənaət edilməsi üsulları öyrədilir


Digərləri 16 Yan 2019 08:33:00 438 0

Macarıstan məktəblərində enerjiyə qənaət edilməsi üsulları öyrədilir

"Enerji & məktəb" - Avropa İttifaqının regional siyasət proqramı ilə dəstəklənən və Macarıstan məktəblərində uğurla həyata keçirilən yeni pilot layihəsi belə adlanır. Layihə müəlliflərinin fikrincə, riyaziyyat və dillər kimi, enerjiyə qənaət etməyin üsullarını da məktəbdə öyrənmək olar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanda enerjinin gənc keşikçiləri bunu bacarırlar. Onların missiyası enerjidən israfçılıqla istifadə edilməsinə qarşı mübarizə aparmaqdır.

Hazırda Mərkəzi Avropanın 7 ölkəsindəki 41 tədris müəssisəsində tətbiq edilən "Enerji & məktəb" layihəsinin ümumi büdcəsi 2,5 milyon avrodan çoxdur. Bu məbləğin 2,1 milyon avrosu Avropa Regional İnkişaf Fondu tərəfindən ayrılıb.