Nayrobidə silahlı hücum baş verən kompleksdən 50yə yaxın insan xilas edilib


Dünya 16 Yan 2019 08:37:00 411 0

Nayrobidə silahlı hücum baş verən kompleksdən 50yə yaxın insan xilas edilib

Keniyanın paytaxtı Nayrobidə hüquq-mühafizə orqanları silahlı hücum baş verən mehmanxana kompleksindən insanların təxliyəsini həyata keçirirlər.

Son.az Trend-ə istinadən bildirir ki, xilasedicilər 50-yə yaxın insanı kompleksdən təxliyə edə biliblər.

Bildirilir ki, kompleksin ərazisində atışma və partlayış səsləri eşidilir.