"Düzəlib hər yarağımız, qalıb saqqal darağımız" Deputatdan həmkarının ay adları barədə təklifinə REAKSİYA


Digərləri 16 Yan 2019 07:43:00 575 0

"Düzəlib hər yarağımız, qalıb saqqal darağımız"  Deputatdan həmkarının ay adları barədə təklifinə REAKSİYA

Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Tahir Kərimlinin təqvim aylarına milli adların verilməsi təklifinə münasibət bildirib.

Son.az bildirir ki, F.İbrahimli "ölkə.az"a açıqlamasında bu cür təklifin məntiqsiz olduğunu söyləyib:

"İnanmıram ki, Tahir Kərimlinin bu cür düşüncəsinə kimsə şərik olsun. Axı ayların adını dəyişməkdə məqsəd nədir? Misal var ki, düzəlib hər yarağımız, qalıb saqqal darağımız. İndi mən bu təklifi başa düşə bilmirəm. Belə fikirləri söyləmək olmaz. Tahir Kərimli tarixin sınaqlarından çıxmış ağıllı adamdır. Hesab edirəm ki, belə fikirlər onun nüfuzuna xələl gətirir". 

Deputat Tahir Kərimlinin bu cür təkliflər səsləndirməsinə inanmadığını bildirib:

"Mən inanmıram ki, Tahir Kərimli belə desin. Bunu başqası deyə bilər, amma Tahir Kərimlinin dediyinə inanmıram. Mən Tahir Kərimlini normal adam kimi tanıyıram. Ona kifayət qədər hörmətim var. Mən Tahir Kərimlinin belə sözlər dediyinə inanmıram". 

Xatırladaq ki, Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli təqvim aylarına milli adların verilməsi təklifilə çıxış edib.

Tahir Kərimli "modern.az"a bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib: