"Mən meyxana deyəndə Namiq Qaraçuxurlu pomidorxiyar satırdı" Məşhur meyxanaçıdan SƏRT SÖZLƏR


Şou-biznes 16 Yan 2019 07:28:00 732 0

"Mən meyxana deyəndə Namiq Qaraçuxurlu pomidorxiyar satırdı"  Məşhur meyxanaçıdan SƏRT SÖZLƏR

Ötənlərin məşhur meyxanaçısı Rəhman Basılmaz hazırda populyar olan bəzi həmkarlarını sərt tənqid edib.

Son.az bildirir ki, söz ustadı "Ölkə.Az"ın əməkdaşıyla söhbətində öncə Namiq Qaraçuxurlu barədə danışıb:

"Namiqlə əvvəl normal münasibətimiz olub, indi demək olar ki, əlaqə saxlamırıq. O, zəng vurmur, maraqlanmır, mən də ona görə zəng vurmuram. Ümumiyyətlə, meyxanaçıların  doxsan faizi efirə çıxandan sonra dəyişirlər. İndi meyxana deyənlərin doxsan doqquz faizi məndən çəkinir. Çox həmkarlarımın da söz-söhbəti olub, həll etmişəm, adlarını çəkmək istəmirəm, özləri bilir. Hər zaman sözümü üzlərinə demişəm. Dəfələrlə meyxananı pis günə qoymaqlarını, pula əyilməklərini, pula görə sənəti satmaqlarını da söyləmişəm. Mən meyxana deyəndə onlar xiyar-pomidor satırdılar".

Əməkdaşımızın "Xiyar-pomidor satmaqla bağlı dedikləriniz Namiqə aiddirmi" sualını Rəhman Basılmaz belə cavablandırıb:

"Bəli, xiyar-pomidor satmaq ayıb deyil. Sadəcə, insan keçmişini unutmamalıdır. Otuz ilə yaxındır ki, sırf meyxanayla məşğulam, başqa işlə məşğul olmamışam. Acından da ölsəm, meyxanadan uzaqlaşmamışam. Meyxana aləmində heç kimə ustad deməmişəm, öz zəhmətimlə bu yerə çatmışam və hətta cibimin puluna kliplər çəkdirmişəm, sponsorum olmayıb".


Xəbərə aid foto