Lənkəranda 125 mm-lik top mərmisi aşkar edilib (FOTO)


Digərləri 16 Yan 2019 00:42:09 430 0

Lənkəranda 125 mm-lik top mərmisi aşkar edilib (FOTO)

Lənkəranda 125 mm-lik top mərmisi aşkar edilib

Bakı. Lənkəranda 125 mm-lik top mərmisi aşkar edilib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ötən gün saat 15:42-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.