VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir


Digərləri 16 Yan 2019 00:47:26 452 0

VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir

Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA” MMC) Yasamal yaşayış kompleksində mənzil əldə etmək istəyən şəxslərə bank VTB (Azərbaycan) güzəştli ipoteka krediti təklif edir

Bakı. Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA” MMC) Yasamal yaşayış kompleksində mənzil əldə etmək istəyən şəxslərə bank VTB (Azərbaycan) güzəştli ipoteka krediti təklif edir. Güzəştli şərtlərlə təqdim edilən kreditin faiz dərəcəsi 4%, ilkin ödəniş isə - 10% təşkil edir. Kredit 30 il müddətinə verilir. Bank VTB-dən (Azərbaycan) Trend-ə verilən məlumata görə, mənzillərin satışına 25 yanvar 2019-cu ildən start verilir. Güzəştli ipoteka krediti əhalinin müəyyən kateqoriyası, o cümlədən Milli qəhrəman və şəhid ailələrinin üzvləri, dövlət və hərbi qulluqçular, gənc ailələr və digərləri üçün nəzərdə tutulub. Kredit almaq üçün “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək tələb olunur. İpotekanı çevik şəkildə rəsmiləşdirmək üçün VTB (Azərbaycan)-ın mütəxəssisləri müştərilərə ilkin məsləhət verir və kreditin şərtləri barədə detalı məlumat təqdim edir.