Həzrət Zeynəbin fəsahət və bəlağəti


Digərləri 15 Yan 2019 23:50:00 451 0

Həzrət Zeynəbin fəsahət və bəlağəti

Həzrət Zeynəbin (s.ə) fəsahət və bəlağəti, söydəyi iki xütbədən aydın görmək olur. Onların birini Kufə bazarında söyləmişdi, birini də Yezidin (lən) sarayında. Aclıq, susuzluq, yorğunluq və gördüyü əziyyətə baxmayaraq, Xanımın (s.ə) mübarək dilindən ancaq bəlağət və fəsahət bulağı axırdı. Bu da Xanımın (s.ə) kəramətindən bəhs edir ki, din alimləri onu qeybi yardım kimi qiymətləndirmişdilər.

O zaman ki, Həzrət Zeynəb (s.ə) onminlərlə insanın içində, Kufə bazarında xütbəsini söyləyirdi, hamı ona heyrətlə baxır və başlarına döyürdülər.

Hədisi nəql edənlərdən biri yazır ki, mənim yanımda dayanan qoca kişi banunun sözlərindən o qədər təsirlənmişdi ki, hönkürtü ilə ağlayırdı. Sonra əlini göyə qaldırıb, demişdi: "Atam və anam onlara qurban olsun ki, qocaları - ən üstün qocalar, aqilləri - ən üstün aqillər, xanımları - ən üstün xanımlar və nəsilləri - bütün nəsillərdən ucadır".

Son.az deyerler.org-a istinadən bildirir ki, Xanım (s.ə) sözləri ilə sanki İbni Ziyada (lən) qılınc vurur və onu yaralayırdı.

Zalıma vurulan bu yaralar - əslində sağalmaz yaralar idi. Xanımın (s.ə) fəsahətli sözləri qarşısında cavab verə bilmirdi, ona görə də tək yolu məğlubiyyətində görür və deyir: "Həqiqətən də bu xanım danışmaqda mahirdir. Atası da xətib və şair idi".