Məmurun Həzrət Zeynəbə (s.ə) ehtiramı, onun üçün hansı nəticəni verdi?


Digərləri 15 Yan 2019 21:50:00 482 0

Məmurun Həzrət Zeynəbə (s.ə) ehtiramı, onun üçün hansı nəticəni verdi?

Əhli-Beyt (ə) davamçılarından olan qoca bir qadın Həzrət Zeynəbi (s.ə) ziyarət etmək qəsdi ilə ölkəsindən çıxır. Şam gömrüyünə çatanda ona çoxlu əziyyət verirlər və deyirlər ki, Şama nə üçün gəlmisən? Get, pulunu başqa yerdə xərclə.

Son.az deyerler.org-a istinadən bildirir ki, qoca qadın da bu sözlərdən narahat olur və deyir ki, sizdən Xanıma (s.ə) şikayət edəcəyəm. Gömrükçü də deyir: "Get kimə istəyirsən şikayət et, mən heç kəsdən qorxmuram".

Qoca qadın özünü Xanımın (s.ə) müqəddəs hərəminə çatdırır, Xanımı (s.ə) ziyarət edəndən və göz yaşı tökəndən sonra sınıq qəlblə deyir: "Ey bibi! Səni Hüseynin (ə) canına and verirəm, mənim intiqamımı o gömrükçüdən al!".

Qadın hər dəfə hərəmə gələndə, öz istəyini təkrar edirdi. Bir gecə yuxuda Xanımı (s.ə) görür ki, ona səslənir və qoca qadın soruşur ki, sən kimsən?

Həzrət Zeynəb (s.ə) buyurur: "Əli ibn Əbutalibin (ə) qızıyam. Bu kişidən şikayət edirsən?".

Qadın deyir: "Bəli, bibican! O, mənim sizə dostluğuma görə mənə çoxlu əziyyət verdi və mən də istəyirəm ki, intiqamımı ondan alasınız".

Xanım (s.ə) buyurdu: "Mənə xatir onun günahından keç".

Qadın dedi: "Onun xatasından keçmirəm".

Xanım (s.ə) üç dəfə öz xahişini təkrar etdi. Ancaq hər dəfə də qadın sözündən dönmürdü.

Sabahısı günü qadın yenə də hərəmdə öz istəyini təkrar edir.

Gecə yenə Xanımı (s.ə) yuxuda görür və Xanım (s.ə) ona deyir: "Gömrükçünün xatasından keç".