Xuraman etiraf etdi:


Şou-biznes 15 Yan 2019 19:39:00 815 0

Xuraman etiraf etdi:

Aktrisa Xuraman Əlizadə "Səhər-səhər" verilişindən aparıcı kimi getməsinin səbəbini açıqlayıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, o, bunda proqramın digər aparıcısı Əli Mirəliyevi günahlandırıb. 

"Hər şeyin həddi var. Biz zarafat edə bilərik, sənət adamlarıyıq. Amma ailə deyilən müqəddəs bir şey var. Ailəm haqda kimsə nəsə desə, yaşından, kimliyindən asılı olmayaraq özümü müdafiə etməyə gücüm var. Yaşlı adamdır, cavab vermədim. Amma başa düşdüm ki, onunla davam edə bilmərəm. Qırğınlarımız ola bilərdi. Ona görə də sakitcə efirdən getdim".