20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək


Digərləri 15 Yan 2019 15:31:00 550 0

20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək

Yanvarın 16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Yanvarın 16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçirəcək. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiya “20 yanvar” Cəmiyyətində təşkil olunacaq. Humanitar aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə və müalicə etmək, onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasındır. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.