Əldə ülgüclə parkda quldurluq edərkən tutuldu


Digərləri 15 Yan 2019 14:37:00 413 0

Əldə ülgüclə parkda quldurluq edərkən tutuldu

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində quldurluq edən şəxs cinayət başında yaxalanıb.   

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.