76 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)


Digərləri 15 Yan 2019 13:27:56 395 0

76 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. ƏMDK-dən Trend-ə verilən məlumata görə, müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının özəlləşməyə çıxarılması və hərraca qoşulmaq üçün sadə prosedurlar vətəndaş fəallığını təmin edib. Belə ki, elektron hərrac sistemi ilə 8 vətəndaş vaxt itirmədən, gündəlik fəaliyyətdən uzaqlaşmadan onlayn sifariş verməklə hərracda iştirak statusu qazanıb. 15 dövlət əmlakı üzrə ümumilikdə 31 sifarişin olması səbəbindən hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilən dövlət əmlaklarından 8-i kiçik dövlət müəssisə və obyekti, 6-sı nəqliyyat vasitəsi, biri isə qeyri-yaşayış sahəsidir. Hərracda özəlləşdirilən nəqliyyat vasitələrindən 4-nə, ümumilikdə 20 sifarişin qeydə alınması vətəndaşların fəal iştirakını və yüksək marağını göstərir. Rəqabətli hərracda ilkin qiyməti 6 min manat olan “Kia Optima” markalı avtomobili qalib iştirakçı 10 min 100 manata özəlləşdirib. Eyni markadan olan, 4 min manat hərrac qiyməti təyin edilmiş digər bir nəqliyyat vasitəsi üçün iştirakçı son qiymət olaraq 6 min manat təklif edib. Vətəndaşlar tərəfindən özəlləşdirilən digər avtomobillər isə QAZ, “Fiat”, “Nissan” və “UAZ” kimi markalara aiddir.