“Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər tutuldular


Digərləri 15 Yan 2019 13:06:00 461 0

“Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər tutuldular

Gəncədə polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki "Nizami" məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.