“Qarşıma çıxdı, vurdum”


Digərləri 15 Yan 2019 12:48:00 421 0

“Qarşıma çıxdı, vurdum”

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən qohumlar saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Göygölün Tülallar kəndi ərazisində qanunsuz ov edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Həmin kəndin sakinləri olan qohumlar heç bir sənədi olmayan silahlarla iki ədəd dovşan ovlayıblar. Saxlanılan şəxslərin dediklərinə görə, kəndə tez-tez hücum edən yırtıcılara qarşı tədbir görmək üçün ov silahlarına əl atıblar. Nazir Bağırov - saxlanılan şəxs: "Qar yağmışdı, əraziyə çıxdım yırtıcı heyvanların izinə rast gəldim. Əmilərimi çağırdım. Qarşıma iki dovşan çıxdı vurdum". Saxlanılan şəxslərdən müvafiq sənədi olmayan 2 ədəd "TOZ" və 3 ədəd "İJ" markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb. Rəşadət Qəhrəmanov - GRPŞ-nin bölmə rəisi: "Qanunsuz ovla məşğul olan Göygöl rayon, Tülallar kənd sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov ov silahları, daraqlar və 2 ədə ovladıqları çöl dovşanı ilə birgə GRPŞ-nə gətiriliblər". Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar