Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb


Digərləri 15 Yan 2019 12:24:32 418 0

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Yanvarın 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Yanvarın 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınıb, onların da 27-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.