Venesuela kriptovalyutasını 4 dəfə bahalaşdırıb


Dünya 15 Yan 2019 12:12:00 403 0

Venesuela kriptovalyutasını 4 dəfə bahalaşdırıb

Venesula hökuməti ölkənin kriptovalyutası olan petronun qiymətini 4 dəfə artıraraq 36 min bolivara çatdırıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro məlumat verib.

"Mən ilin əvvəlində iqtisadi müharibəyə qarşı tədbir kimi petronun dəyərini 36 min bolivar, ölkə üzrə minimal əmək haqqının səviyyəsini isə 18 min bolivar müəyyən etdim", - o qeyd edib.